5748
09:46
24 May 2019

Bakının bu ərazilərində su olmayacaq

Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 24 may 2019-cu il tarixində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu”-dan Lent.az -a məlumat daxil olub.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.