430
09:22
24 May 2019

Masallıda mebel sexi yandı

Masallıda mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 300 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılan 2 m³ taxta yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.