665
08:18
24 May 2019

Çində qayıq aşıb, 10 nəfər ölüb, 8 nəfər itkin düşüb - YENİLƏNİB

Çinin Quyçjou əyalətində, Beypançzyan çayında qayığın aşması nəticəsində ölən və itkinlərin sayı açıqlanıb.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Qayıqda olan 11 nəfərin həyatını xilas etmək mümkün olsa da, 8 nəfərin axtarışı hələ də davam edir.
****
05:34
Çinin Quyçjou vilayətində bədbəxt hadisə baş verib.
ONA xarici mediaya istinadla xəbər verir ki, mayın 23-də yerli vaxtla 18:30 radələrində içərisində 29 nəfərin olduğu qayıq aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 5 nəfərin öldüyü, 13 nəfər isə itkin düşdüyü bildirilib. 11 nəfərin isə xilasedicilər tərəfindən çıxarılaraq tibbi yardım göstərilib.
İtkin düşənlərin axtarışı davam edir.
Hadisənin hansı səbəbdən baş verməsilə bağlı məlumat verilməyib.