743
03:49
24 May 2019

“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı“

Hazırda ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri “Sepah” və ordumuzun tam nəzarətindədir. Hər hansı bir nigaranlığa əsas yoxdur”.
ONA xarici mediaya istinadla xəbər verir ki, bunu “Sepah” baş komandanının canişini Əli Fədəvi deyib.
O bildirib ki, xarici hərbi gəmilər icazə almadan İran sahil sularına yaxınlaşa bilməzlər.
“Sepah” təmsilçisi əlavə edib ki, körfəzdə olan bütün xarici hərbi gəmilər İranla fars dilində danışmalıdı: “Məhz buna görə də bu gün körfəz sularında hərəkət edən bütün xarici hərbi gəmilərdə fars dilini bilən tərcüməçilər var. Bu isə bizim gücümüzü göstərir”.