805
02:58
24 May 2019

Bakıda 38 yaşlı kişi boğazından bıçaqlandı - Vəziyyəti ağırdı

Bakıda 38 yaşlı kişi boğazından bir neçə bıçaq zərbəsi alıb.
ONA -nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa-Buzovna yolunda baş verib.
1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib.
Nəticədə, o, boynundan bıçaqlanıb.
Boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.