801
02:36
24 May 2019

Səbail rayonunda kişi meyiti tapılıb

Bakının Səbail rayonunda ölüm hadisəsi baş verib.
ONA -nın xəbərinə görə, hadisə Bayıl qəsəbəsində mənzildə təxminən 50-55 yaşlı kişi meyiti tapılıb.
Onun şəxsiyyəti hələlik məlum deyil. Meyit Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisə yerində Səbail Rayon Prokurorluğunun əməkdaşları ekspertiza işləri aparıb.
Ölümün dəqiq səbəbləri araşdırılır.