801
02:29
24 May 2019

İmişlidə yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 01:00 radələrində İmişli-Qaradonlu magistralında qeydə alınıb.
“VAZ 2106” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. “VAZ 2106”-da olan İmişli sakinləri, sürücü 1988-ci il təvəllüdlü Cəfərov Vasiv İbadət oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Cəfərova Həmidə və 2012-ci il təvəllüdlü Cəfərli Yusif müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.