872
01:39
24 May 2019

Bu ölkədə axtarışda olan şəxs Tovuz rayonunda saxlanıldı

Rusiyada axtarışda olan azərbaycanlı Tovuz rayonunda saxlanılıb.
ONA -nın xəbərinə görə, Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Məmmədov Cəlal Rüstəm oğlu Tovuz rayonunda qohumlarının yaşadığı evdə aşkarlanıb.
O, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.