1001
22:57
23 May 2019

49 yaşlı kişi balıq tutarkən su kanalının sahilində öldü - Sabirabadda

Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.
ONA -nın yerli bürosundan verilən məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.