1120
22:22
23 May 2019

Bakıda qadın özünü dənizə atdı - FHN və polis əməkdaşları tərəfindən xilas edilib

Bakıda bu saatlarda intihara cəhd hadisəsi qeydə alınıb.
ONA xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda baş verib.
32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı özünü dənizə atıb. Qadın çiyin nahiyəsinin əzilməsi və boğulma diaqnozu ilə 1 saylı şəhər Kliniki Tibb Mərkəzinə yerləşdirilib.
Hadisə yerində olan FHN əməkdaşları ilə ərazidəki xidmət aparan polislər tərəfindən qadın xilas edilib.
Faktla bağlı araşdırma aparılır.