1193
19:21
23 May 2019

“Ağ Ev” rəsmisi: "Azərbaycanın ÜTT-yə üzv olmaq istiqamətində səylərini dəstəkləyirik"

“ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istiqamətində səylərini dəstəkləyir".
ONA -nın xəbərinə görə, bu sözləri ABŞ prezidentinin köməkçisinin müavini və “Ağ Ev” Milli Təhlükəsizlik Şurasının Mərkəzi Asiya üzrə baş direktoru Liza Kurtis ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda çıxışı zamanı deyib.
"Xəzər dənizi regionu ticarət mərkəzi üçün vacib bölgəyə çevrilməkdədir və bu region ABŞ hökumətinin əsas maraqlarının qovşağında yerləşir”, - deyə o bildirib.