1314
19:55
23 May 2019

Atletiko"da növbəti ayrılıq

Antuan Qrizmann və Dieqo Qodindən sonra daha bir futbolçu "Atletiko"dan ayrılır.
Lent.az bildirir kİ, klubun rəsmi "Tvitter" səhifəsində yer alan məlumata görə, ispaniyalı müdafiəçi Xuanfran da Madrid təmsilçisini tərk etməyə hazırlaşır. Məlumatı 34 yaşlı futbolçu özü də təsdiqləyib:
"Bu, mənim "Atletiko"da son günlərimdir. Ümid edirəm ki, tezliklə geri qayıdacağam. Bunu çox istəyirəm, çünki bura mənim evimdir. Karyeramın ən gözəl illəri "Atletiko"da keçib. Mən bu komandanın fanatıyam" (qol.az).
Qeyd edək ki, Xuanfran "Atletiko"ya 2011-ci ildə "Osasuna"dan keçib.