1561
17:59
23 May 2019

Həmyerlimiz UAZ-ın BAŞ DİREKTORU təyin edildi

“Ford Sollers” müəssisəsinin azərbaycanlı rəhbəri Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodu olan Ulyanovsk Avtomobil Zavodunun (UAZ) baş direktoru təyin olunub.
Lent.az “İnterfax”a istinadla xəbər verir ki, A.Şirinov eyni zamanda “Ford Sollers”ə də rəhbərlik edəcək.
Həmyerlimizin “UAZ”-ın əvvəlki baş direktoru Vadim Şvetsovu əvəzləməsi heç də təsadüfi olmayıb.
“Ford Sollers” şirkətinin nümayəndəsi məlumatı təsdiqləyərək qeyd edib ki, yeni təyinatla əlaqədar A.Şirinovun qarşısında perspektiv tapşırıqlar - hədəflər qoyulub. Onun əsas tapşırığı rəhbərlik edəcəyi “UAZ”ın məhsul strategiyasını reallaşdırmaq, bu markanın bazar payını artırmaq,
komponent bazasını lokallaşdırmaq, ümumi təchizat panelini yaratmaq, eləcə də satış, diller şəbəkəsini qurmaqdır.
Bildirilir ki, A.Şirinov Rusiya avtomobil sektorunda ən təcrübəli mütəxəssislərdən biridir.
Xatırladaq ki, A.Şirinov 1964-cü ildə Bakıda anadan olub. Hazırda Rusiya vətəndaşı olan həmvətənimiz 1990-cı ildən avtomobil sənayesində çalışır. O, “RusPromAvto” şirkətində baş direktorun müavini vəzifəsində, 1999-cu ildə isə “Ford Motor Company” şirkətində fəaliyyətə başlayıb.