1284
17:37
23 May 2019

Azərbaycan millisinin oyununa hakim təyinatları AÇIQLANDI

Kişi voleybolçular arasında keçiriləcək Gümüş Avropa Liqasının ilk turuna hakim təyinatları açıqlanıb.
ONA -nın məlumatına görə, mayın 25-də start götürəcək mövsümdə Azərbaycan millisinin də birinci oyununu idarə edəcək referilər müəyyənləşib.
Fərid Cəlalovun yetirmələrinin Rumıniya ilə oyununda əsas hakim funksiyasını çexiyalı Vlastimil Kovar yerinə yetirəcək. Ona köməkliyi beynəlxalq dərəcəli azərbaycanlı ədalət təmsilçisi Konstantin Selin edəcək.
Qeyd edək ki, mayın 25-də, saat 17:00-da başlayacaq oyun Voleybol Mərkəzində keçiriləcək.