1577
16:32
23 May 2019

Nəsib Nurun verilişinin yayımı dayandırıldı

Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan “Anşlaq” verilişi yayımını dayandırıb.
Lent.az axsham.az-a istinadla xəbər verir ki, tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarılmağı barədə xəbərlər yayılmışdı.
Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib:
“Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir. Tezliklə yeni formatda tamaşaçıların qarşısına çıxacaq”.
Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan “Anşlaq” verilişi yayımını dayandırıb.