1440
16:17
23 May 2019

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.
ONA -nın məlumatına görə, 2018/19 mövsümünün final oyununda EKOL və “Advokat” klubları qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən görüşdə 10 qol vurulub. 7:3 hesabı ilə qalib gələn EKOL aşağı liqa təmsilçisinin titul qazanmasına imkan verməyib.
Qeyd edək ki, 2010/11, 2011/12 və 2015/16 mövsümlərində də yarışın qalibi olan EKOL tarixində 4-cü dəfə kubokun qalibi olub.
Azərbaycan kuboku
Final
23 may
EKOL – “Advokat” – 7:3
Fərid Atakişiyev, 02:48, 31:17, Namiq Məmmədkərimov, 03:06, 10:16, 15:01, 16:06, Ələsgər Ələkbərli, 25:44 – Ceyhun Əhmədov, 03:31, Vüsal İsayev, 26:31, 27:17