1103
15:13
23 May 2019

Qubada iki maşın toqquşdu: xəsarət alanlar var

Bu gün Qubada yol nəqliyyat hadisəsi baş verib.
ONA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Barlı kəndi ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-2107" markalı maşınların toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.