1099
14:39
23 May 2019

Tərtər rayonunda mərmi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Tərtər rayonu, Əskipara kəndi ərazisində mərminin tapılması barədə daxil olan məlumat nəticəsində araşdırma aparıb.

ANAMA-dan Lent.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindənbirlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindənmühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1 ədəd PQ-7 raketinin mühərrik hissəsiaşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında200 kv.məraziyəyerüstübaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.