1026
14:37
23 May 2019

“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub - VİDEO

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub. Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən bildirilib.
Təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.
Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.