1033
13:54
23 May 2019

“Gürcü Arzusu”dan ayrılan deputatlar YENİ PARTİYA qurur

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasından ayrılan bəzi millət vəkilləri iyunda yeni partiya quracaqlarını bəyan ediblər.
ONA -nın Gürcüstan bürosunun məlumatına görə, yeni partiyanın əsası gələn ay qurulacaq və ilk konqresi keçiriləcək. Partiyanın qurucuları arasında parlament üzvləri Eka Beselia, Gedevan Popkadze, Zviad Kvaçantiradzenin olduğu bildirilir. Yeni partiyaya “Gürcü Arzusu”ndan başqa üzvlərinin də qoşulması gözlənilir.
Qeyd edək ki, Gürcüstan Parlamentinin hüquqi məsələlər komitəsinin sabiq rəhbəri Eka Beselia bu ilin fevralında “Gürcü Arzusu”-nun artıq öz dəyərlərinə xəyanət etdiyini əsas gətirərək partiyadan ayrılacağını və öz partiyasını quracağını bəyan edib. Eka Beselia ilə eyni dövrdə hakim partiyanın bir neçə digər üzvləri də partiyadan çıxıb.