995
13:06
23 May 2019

Sevgilisini öldürmək istəyən "ZEK"ə AĞIR CƏZA

Şamaxıda sevgilisini öldürməkdə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Şirzad Əsədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən Ş.Əsədov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.