807
12:40
23 May 2019

Qol güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı

Qol güləşi üzrə Yunanıstanda keçirilən Avropa çempionatında idmançılarımız 6 medal qazanıb.
Gənclər və İdman Nazirliyindən Lent.az -a verilən məlumata görə, medallardan 2-si qızıl, 2-si gümüş və 2-si bürünc əyarlı olub.
Qızıl medalları Elsevər Qürbətov (55 kq) sol və sağ qollar üzrə qazanıb.
Gümüş medalları Nicat İsgəndərov (55 kq) sol və sağ qollar üzrə, bürünc medalları isə Səid Mustafazadə (60 kq) sol qol üzrə, Təbriz Səfərov (75 kq) sağ qol üzrə əldə edib.