1443
21:39
22 May 2019

Sumqayıtdan olan məzun I ixtisas qrupu üzrə maksimal bal toplayıb

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.

ONA -nınSumqayıt bürosunun məlumatına görə, imtahanda I ixtisas qrupu üzrə bir abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

İmtahanda maksimum bal yığan abituriyent TofiqRexşan oğlu Muxtasanovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.