1340
19:50
22 May 2019

Kosmik Stansiyada UÇAN ROBOTLARIN sınağı keçirilib - FOTO - VİDEO

Beynəlxalq Kosmik Stansiyada "Astrobee Bumble" uçan robotunun ilk sınaqları başa çatıb.
Lent.az ictnews-a istinadla xəbər verir ki, stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.
"Bumble" stansiyada işləməsi nəzərdə tutulan robotlardan biridir. "Honey" və "Queen" adlanan digər iki robot astronavtların diqqəti elmi tədqiqatlara yönəltməsi üçün ekipaja kömək edəcək və gündəlik tapşırıqları yerinə yetirəcək. ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələrinin fikrincə, bu, həmçinin stansiyada insanların sayını azaltmağa imkan verəcək.
"Astrobee" sisteminə robotlarla yanaşı, enerjidoldurma stansiyası daxildir. Agentlik nümayəndələrinin sözlərinə görə, robotlar Beynəlxalq Kosmik Stansiyada çəkisizlik şəraitində sərbəst uça biləcəklər. "NASA" mütəxəssislərinin qənaətinə görə, sistemin sınağı gələcək kosmik uçuşlar üçün təkmilləşdirilmiş yeni avadanlıq və proqramlar hazırlamağa imkan verəcək.