5171
12:06
23 May 2019

Qızılgül mürəbbəsini bu cür hazırlamasanız... - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Bu gün Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Tanınmış "Ağababa Ağababa" "youtube" kanalının sahibi məşhur usta bu dəfə Lent.az -ın əməkdaşına qızıl gül mürəbbəsininm xüsusi hazırlanma qaydasını üsulunu izah edir:
Qızılgül mürəbbəsinin resepti.
Qızıl gül ləçəkləri--100qr
Şəkər tozu-900qr
Limon duzu -2qr və ya 2 xörək qaşığı limonun suyu
Hazırlanma qaydası:
"Qızıl gül mürəbbəsi üçün qızıl gülün xüsusi sortundan istifadə olunur.
Ləçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Ləçəklərin saplaq tərəfindən kasacığa birləşən ağ hissələri bir qayçı ilə kəsilib təmizlənir, əgər ləçəklər böyükdürsə elə əlimizlə 2 və ya 4 yerə bölürük. Sonra mürəbbəni bişirəcəyimiz ləyənə 2 stəkan su töküb ocağın üstünə qoyuruq. Su qaynamağa başlayanda ləçəkləri suya atırıq və onları yumşalana qədər pörtdərik. Pörtülən ləçəkləri bir kəfkir vasitəsi ilə suyunu sıxıb ləyəndən götürürük. Ləyənə 900qr şəkəri əlavə edib mürəbbəmiz üçün şərbət hazırlayırıq. Şirəni bir müddət qaynadırıq, qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Elə ki, mürəbbə qaynara düşdü, 10 dəqiqə ərzində qarışdıra qarışdıra bişiririk. Mürəbbənin çəhrayı kəfi yığılır, Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud 2 qr quru limon duzu əlavə edilir. Bundan sonra bozumtul çəhrayı şirə bir andaca şəffaflaşır, gözəl çəhrayı rəng alır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır və steril qablara yığılıb, ağzı bağlanılır. Soyuduqdan sonra ləçəklər şirəyə dolmuş və gözəl görünür. Bəzən xanımlar mürəbbəni çox qaynadırlar bu da onun şəkərlənməsinə səbəb olur. Diqqətli olub mürəbbənin hazır olma vaxtını qaçırmayın. Onu da digər mürəbbələr kimi bir boşqaba damızdırıb yoxlaya bilərsiniz. Əgər mürəbbəniz şəkərləndisə o zaman bankalara yığıb saxlayın havalar daha çox isinəndə banka ilə günəşin altına qoyun şəkəri əriyəcək xarlanması gedəcək.
Sağlıqla hazırlayın,şirin şirin yeyin".
Nuş olsun!