1826
15:54
22 May 2019

Azərbaycanda dünyanın ən bahalı iti satılır – AÇIQLAMA

Bakıda dünyanın ən bahalı iti satışa çıxarılıb.

Lent.az xəbər verir ki, elan saytında yerləşdirilən Tibet Mastifinin qiyməti 150 000 manatdan başlayır.

Elanı yerləşdirən Kənan bəy Lent.az -a bu barədə bildirib ki, bu it növü Çindən gətirilir:

“Sifariş verildikdən sonra 10-15 gün müddətində iti təhvil veririk. Tibet Mastifi növündən daha çox Hindistan, Çin, Nepal və Tibetdə qəbilələr tərəfindən qoyunları qorumaq üçün istifadə edilir. Qiymət, itin ölçüsündən asılı olaraq dəyişir. 150 000 manat ən balacalarıdır. İtə necə baxmaq olduğunu satış zamanı alıcıya başa salıram. İtlə bağlı bütün sənədlər də var”.