1174
14:24
22 May 2019

SOVET qadınlarının seks SİMVOLLARI

SSRİ dövründə xarici ölkələrin mədəniyyəti Sovet adamına qram-qram verilərdi. Yəni indiki kimi istədiyin filmə baxa, musiqiyə qulaq asa bilməzdin.

Bunlar hamısı dövlətin nəzarətində idi, tamaşaçıya müəyyən qədərində verilə bilərdi. Bununla belə, dünya kinosunun və musiqisinin ulduzları Sovetlər Birliyində az tanınmırdı, əksinə. Görünür, qadağan olunan daha şirin olur.

Xarici kinoların sevgi qəhrəmanları özlərində olduğu qədər Sovet qadınlarının da kumiri idi.

Fransız mədəniyyəti SSRİ-yə yaxşı tanışdı. Yerli Kommunist partiyası ilə onların dostluğu da vardı. Ona görə də seks-simvolların böyük əksəriyyəti fransalı idi.

Onlardan birincisi Alen Delon idi ki, ittifaqda balon plaşları dəbə saldı. Sovet adamının düşüncəsinə yalnız ən yaraşıqlı fransız kişisi kimi deyil, ümumiyyətlə, ən yaraşıqlı kişi kimi qalmışdı.

Cazibədar Jan-Pol Belmando isə tamaşaçısını yalnız ciddi xarakterli rolları ilə deyil, həm “Peşəkar” adlı siyasi dramdakı obrazı ilə də valeh etmişdi.

İtalyan filmlərinin sevgi qəhrəmanı Marçello Mastroyani isə uzun illər italyan filmlərinin siması olub.

İtalyan aktyoru və müğənnisi Adriano Çelentano isə Sovet qadınlarının qəlbinə yalnız mahnılrı ilə deyil, həm də yaraşıqlı və köntöy xarakterli kişi obrzları ilə girə bilmişdi.

“İnadkarın ram edilməsi” qadınların çox xoşuna gəlirdi.