4968
17:45
21 May 2019

Dilarə yenə onun klipinə çəkildi - VİDEO

Əməkdar artist Miri Yusif yeni layihəsini təqdim edib.

Lent.az xəbər verir ki, müğənni sözləri Fariz Zeynallı, musiqisi Ceyhun Cabbaroğluna məxsus “Uyma” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə müğənni Dilarə Kazımova da yer alıb. Dilarə fərqli və seksual obrazı ilə bütün marağı öz üzərinə çəkə bilib.

Bu məqamda bildirək ki, D.Kazımova ikinci dəfədir həmkarının klipinə çəkilir. O, bundan əvvəl Miri Yusifin “Ad günü” layihəsində rol alıb.