564
13:18
21 May 2019

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: bu yollarda rəngləmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, bundan başqa üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən Vaz dairəsinə qədər hissədə də aparılacaq.
İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.
Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.