955
13:30
21 May 2019

Xərçəng olan "Toppuş bacı" aparıcılığa başladı - VİDEO

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əməkdar artist Tünzalə Əliyeva aparıcılığa başlayıb. Lent.az -ın məlumatına görə, “Toppuş bacı” “Space” TV-nin “Hər səhər” verilişində aparıcılıq edib. Ağzına maska taxan aktrisa bildirib ki, xəstəliyi ona əngəl deyil.

Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi: “Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastaz verdi və boğazıma qədər yayılıb. Milli OnkologiyaMərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmənnasız ediləcək”.