588
12:24
21 May 2019

Bakı sakininin 10 min dolları ƏLƏ KEÇİRİLDİ

Sabunçu rayonunda Bakı şəhər sakinini aldadan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, mayın 20-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.