489
11:45
21 May 2019

Daha bir piyada ölümü

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA -ya verilən xəbərə görə, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Abşeron rayon sakini E.Nağdəliyev idarə etdiyi “Wolkswagen” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Aslan Abışovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.