718
11:16
21 May 2019

Nişanlısı ilə dalaşıb ölkədən getdi - FOTO

Dörd gün əvvəl itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi tapılıb.
ONA -nın qərb bürosunun verdiyi xəbərə görə, 25 yaşlı Ceyhun Bayramov yaşadığı evə qayıdıb.
C.Bayramovun atası Qabil Bayramov ONA -ya bildirib ki, oğlu nişanlısı ilə dalaşdıqdan sonra küsüb və Gürcüstana gedib. Atanın bildirdiyinə görə, C.Bayramovun nişanlısı ilə dalaşmasına qız evinin ona hədə-qorxu gəlməsi səbəb olub.
Qeyd edək ki, gənclərin iyunun 11-də toyu olacaq.
Xatırladaq ki, Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bayramov mayın 17-dən itkin düşüb.