960
00:41
21 May 2019

Goranboyda iki avtomobil toqquşub, yaralılar var

Goranboyda yol qəzası olub.

ONA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki,Xəyal Bağırovun idarə etdiyi "VAZ2107" markalı minik maşını ilə Bəxtiyar Musayevinidarə etdiyi "VAZ 2110" markalıavtomobil toqquşub. Nəticədə hər iki avtomobildə olan ikisərnişinxəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.