1076
23:58
20 May 2019

Gəncə sakini 3 nəfər tərəfindən beşbarmaqla döyülüb

Gəncədə döyülmə faktı qeydə alınıb.

ONA -nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Mehman Süleymanov 3 nəfər tərəfindən beşbarmaqla döyülüb.Bildirilir ki, hadisə Gəncədəki Bayraq meydanı yaxınlığında yerləşən çayxanaların birində olub.

M.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı polisə də məlumat verilib. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi isə məlum deyil.