1372
19:55
20 May 2019

“Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər” - Vəkil

Rusiyada bloger və jurnalist kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi gün məlum olub.
Bu barədə ONA -nın Moskva müxbirinə vəkil Elman Paşayev məlumat verib.
Onun sözlərinə görə, Fuad Abbasovun mayın 28-də Azərbaycana göndərilməsi mümkündür: "Fuad Abbasovun deportasiya olunması haqqında məhkəmə qərarı mayın 26-da qüvvəyə minəcək. Qüvvəyə minəndən sonra isə həftədə iki dəfə miqrantlar ölkələrinə etap olunur. Fuadın Azərbaycana etap olunması da mayın 28-nə düşür. Lakin Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Fuadın etapı tezləşdirilə bilər".
Qeyd edək ki, vəkil bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində Fuad Abbasovla görüşüb.