1239
19:38
20 May 2019

"Aİ Ali Radanın buraxılması ilə bağlı qərarı dəstəkləyir" - Maroş Şevçoviç

Avropa İttifaqı Ukrayna xalqının iradəsinə və Konstitusiyasına cavab verən Ali Radanın buraxılması ilə bağlı qərarı dəstəkləyir.
ONA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç Kiyevdə keçirdiyi brifinq zamanı bildirib.
"Bu qərar bu gün elan edilib. Mən yeni prezidentin inauqurasiya nitqini diqqətlə dinləyirdim. Avropa İttifaqının marağı ondan ibarətdir ki, prezident seçkiləri zamani nümayiş etdirilən yüksək səviyyəli demokratik yanaşma davam etdirilsin. Öz tərəfimizdən biz Ukrayna xalqının iradəsinə və Ukrayna Konstitusiyasına uyğun hər bir qərarı dəstəkləyəcəyik", - deyə M.Şevçoviç bildirib.
Qeyd edək ki, bu gün keçirilən andiçmə mərasimində Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti buraxdığını elan edib.