1486
19:46
20 May 2019

Bu gülü qoparmağın cəzası ağırdır

Türkiyənin Afyonqarahisar rayonunda el arasında "ayı gülü" və ya "qızıl lalə” adı verilən çiçəyi qoparmağın 60 min 163 lirə cəriməsi var.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikiləpəlilər sinfinə aid olan Pion gülü Türkiyədə qorunan bitkilərin siyahısındadır.

May və iyun aylarında çiçək açan bu güllərin qoparılmasının qarşısını almaq üçün milli parklara gizli kameralar yerləşdirilib.

Çiçəyin ölkədə turizmin inkişafına dəstək olduğu, təbiət rəsimlərini çəkənlər üçün əvəzsiz gözəllik yaradığı qeyd olunur.