1248
18:50
20 May 2019

Dövlət Komitəsi “Göyçay-Konyak-Zavodu”nu məhkəməyə verib

Əmlak Məsələləri Dövlət Komitəsinin “Göyçay-Konyak Zavodu” ASC-yə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.
ONA -nın xəbərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsində hakim İlqar Cabbarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib. Belə ki, cavabdeh “Göyçay-Konyak Zavodu” ASC-dən icarə haqqı borcu üzrə 2607 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutularaq Komitənin hesabına köçürülməsi barədə qətnamə qəbul edilib.