1298
18:31
20 May 2019

De Liqtin "Barselona"ya keçidi alınmaya bilər

"Ayaks"ın kapitanı Matteys De Liqtin "Barselona"ya keçidi alınmaya bilər.
Lent.az qol.az-a istinadən bildirir ki, buna səbəb hollandiyalı müdafiəçinin bir çox klubun maraq dairəsində olmasıdır. Kataloniya təmsilçisinin rəhbərliyi PSJ və "Yuventus" kimi zəngin klublarla mübarizədə uduzmaqdan ehtiyatlanır. Həmçinin 19 yaşlı futbolçunun meneceri Mino Rayolanın yüksək məbləğ tələb etməsi də "Barselona"ya çətinlik yaradan amillərdən biridir.
İddiaya görə, ispanlar De Liqt üçün "Ayaks"a 75 milyon avrodan çox təzminat ödəməyi düşünmür. İndi onlar yalnız müdafiəçinin özünün "Barselona"nı seçəcəyinə ümid bəsləyirlər.