4935
19:04
20 May 2019

"Eurovision”un qalibi dəyişdirilə bilər

64-cü “Eurovision” müsabiqəsinin qalibi dəyişdirilə bilər.
Lent.az -ın məlumatına görə, buna səbəb Niderland təmsilçisi Dunkan Lorensin yarışmanın əsas qaydasını pozmasıdır. Verilən məlumatlara görə, müğənninin ifa etdiyi “Arcade” mahnının sırf “Eurovision” üçün bəstələnmədiyi və 2017-ci ildə “Youtube” video portalında yayımlandığı ortaya çıxıb.
Avropa Yayım Birliyi məsələni araşdırır. Əgər Dunkanın qalibiyyəti ləğv edilsə, İtaliya təmsilçisi Mahmud “Soldi” mahnısı ilə yarışmanın qalibi elan ediləcək.
Qeyd edək ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev müsabiqədə 7-ci yeri tutub.