1247
18:10
20 May 2019

Azərbaycan diasporuna dini zəmində təhdidlər var - Dövlət Komitəsi

Mayın 20-də Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən ONA -ya verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması istiqamətində DQİDK tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, respublikada din sahəsində sabitlik mövcuddur: “Azərbaycan konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir”.
Dini zəmində xurafat meyllərinin gücləndirilməsi cəhdlərindən, Azərbaycan diasporuna dini zəmində yönəlik təhdidlərdən də bəhs edən G. İsmayılov qeyd edib ki, cəmiyyətdəki xurafat elementləri dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur: “İslamda elm öyrənmək, təhsil
almaq kişi və qadın fərqi qoyulmadan bütün insanlara vacib buyurulub”.