825
14:09
20 May 2019

Nazənin efirə ilk dəfə NƏVƏSİ İLƏ gəldi - VİDEO

Müğənni Nazənin ilk dəfə efirə onun adını daşıyan nəvəsi ilə gəlib.

Lent.az-ın məlumatına görə, ifaçı oğul nəvəsi ilə “Hər şey daxil” verilişinə qatılıb. O bildirib ki, nəvələri ona nənə demir: “Nənə olmaq çox gözəl hissdir. Bu ada hər kəs nail ola bilmir. Mən nənə sözünə həsrətəm. Çünki heç bir nəvəm mənə nənə demir. Qızımın oğlu da mənə “mama” deyir”.

Qeyd edək ki, Nazəninin 2 oğlu, 1 qızı, Qəhrəman, Nazənin, Rəhim adlı 3 nəvəsi var.