1949
11:29
20 May 2019

Mayın 19-da keçirilən imtahanın nəticələrinin açıqlanacağı tarix BƏLLİ OLDU

II və III qruplar üzrə qəbul imtahanlarının nəticələri iki həftə ərzində açıqlanacaq. Bu barədə Lent.az -a DİM-dən bildirilib.

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 19-da keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Verilən məlumata görə, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

II və III ixtisas qrupları üzrə qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları (Azərbaycan və rus bölmələri) ilə bu linkdə tanış olmaq olar.

http://dim.gov.az/upload/iblock/237/237b1f910d63bd9fd0a3384307e27c7a.pdf