545
11:20
20 May 2019

Avtomobil azyaşlını vuraraq öldürdü

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
ONA -nın məlumatına görə, mayın 18-də Tovuz rayonu, Vahidli kənd sakini 1987-ci il təvəllüdlü Abdullayev Elman Azad oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Tovuz-Ağdam avtomobil yolunda piyada, 2012-ci il təvəllüdlü, Tovuz şəhərində yaşayan Məmmədov Avaz Vəkil oğlunu vurub. Xəstəxanaya aparılan A.Məmmədov orada dünyasın dəyişib.
Faktla bağlı araşdırma aparılır.