751
11:07
20 May 2019

Könül Kərimovadan ETİRAF: "Zır-zır ağlayırdım..." - VİDEO

Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Lent.az -ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin buhəftəki qonaqları xalq artisti Niyaməddin Musayev, əməkdar artist Könül Kərimova, müğənni Hikmət Aslanov, şairə Zenfira Əlişqızı olub.

Veriliş zamanı K.Kərimova bildirib ki, o, N.Musayevin pərəstişkarı olub: “Niyaməddin müəllimə qulaq asanda 6-cı sinifdə oxuyurdum. Onun əsl fanatı idim. İndi öz-özümə düşünürəm ki, 6-cı sinifdə oxuyan uşaq nə duya bilər ki? Ən çox da onun ifa etdiyi “Şahnaz” təsnifinin muğam hissəsinə qulaq asırdım. Bakıda həyət evində yaşayırdıq. Evin arxasına keçirdim, mahnıya qulaq asa-asa zır-zır ağlayırdım”.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az -dır.