931
23:16
19 May 2019

Azərbaycanlı millət vəkili: Marneulidə seçkilər ikinci tura qalmayacaq

“İlkin məlumata görə, Zaur Darğallı icra başçısı seçkilərində qalib gəlib”.
ONA -nın Gürcüstan bürosundan verilən xəbərə görə, bunu Marneulinin azərbaycanlı deputatı Ruslan Hacıyev jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, səslərin sayıldığı məntəqələr üzrə Zaur Darğallının böyük fərqlə qalib gəlməsi Marneulidə seçkilərin ikinci tura qalmayacağını göstərir.
Qeyd edək ki, hazırda Zaur Darğallının tərəfdarları onun Marneulidəki Qərərgahı önünə toplanıb qələbəni qeyd edirlər. Onların arasında Qaçqın və Məcburi Köçkünlər nazirinin müavini Şota Rexviaşvili, Gürcü Arzusu partiyasından olan Millət vəkilləri Ruslan Hacıyev və İrakli Sesiaşvili də var.