1010
20:53
19 May 2019

Astarada avtomobil qəzasında bir nəfər ölüb

Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
ONA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Şüvi kəndi ərazisində qeydə alınıb.
"VAZ 21011" markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. "VAZ 21011" markalı avtomobildə olan sərnişin, 2001-ci il təvəllüdlü Şüvi kənd sakini Qadir Kamil oğlu Baxşıyev hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.