1228
19:00
19 May 2019

“Qəbələ” Azərbaycan kubokunun qalibi oldu

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünə yekun vurulub.
ONA -nın məlumatına görə, yarış Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilən final oyunu ilə başa çatıb.
Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gəlib. İndiyədək kuboku qazanmayan rəqiblər tarixlərində ilk titul üçün mübarizə aparıblar.
İkinci dəfə Naxçıvanda baş tutan finaldan öncə açılış mərasimi və konsert proqramı təşkil olunub. Ardınca start fiti verilən oyun erkən qolla başlayıb. Stiven Monroz 4-cü dəqiqədə hesabı açıb.
Bu top matçın taleyini həll edib. Qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi adına yiyələnib.
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Azərbaycan kuboku
Final
19 may (bazar)
“Qəbələ” – “Sumqayıt” – 1:0
Qol: Stiven Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev ("Sumqayıt") - 90+5
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu