1272
14:52
19 May 2019

Azərbaycanlı deputat: “Marneulidə seçkilər ikinci tura qalmayacaq”

“Marneulidə mer seçkilərində seçici fəallığı normal səviyyədədir".
ONA -nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Parlamentinin Gürcü Arzusu Partiyasından olan azərbaycanlı deputatı Ruslan Hacıyev bildirib.
R. Hacıyev deyib ki, müxalif nümayəndələri, xüsusilə də müxalifətin namizədləri tərəfindən şər-böhtan, eləcədə iftira yönümlü addımlar atılır. Deputat hesab edir ki, Marneulidə seçkilərin ikinci tura qalması gözlənilmir.